İsrailin Qəzzaya hücumlarına reaksiya verən Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani beynəlxalq ictimaiyyətə səslənərək İsrailə bu qətliyamlar üçün qeyri-məhdud səlahiyyət verilməməsi lazım olduğunu vurğulayıb.
“7Times.az” “CCN-Türk”-ə istinadən xəbər verir ki,Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani İsrailin hücumlarına münasibət bildirərkən, “Bəsdir! İsrailin bu qətliyamlarına yaşıl işıq yandırılmamalıdır” deyib.
Əl Tani, “İkili standartları və günahsız fələstinli uşaqlarının həyatlarının nəzərə alınmamasının qəbuledilməz olduğunu qeyd edib.
Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan mülki vətəndaşların sayının 5 min 87-yə, yaralıların sayının isə 15 min 273-ə çatdığını açıqlayıb. Nazirlik həyatını itirənlərin 2055 nəfərinin uşaq, 1119 nəfərinin qadın, 217 nəfərinin isə yaşlı olduğunu açıqlayıb.
Digər tərəfdən, İsrailin Qəzzaya qarşı intensiv bombardmanları və quru əməliyyatı hazırlıqları davam edir.
Follow @7timesaz