Ölkə

“Qətli mən törətmişəm” – Əhməd ilk dəfə DANIŞDI + VİDEO

“Qətli mən törətmişəm” – Əhməd ilk dəfə DANIŞDI + VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

 

7Times.az xəbər verir ki, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

 

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

 

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

 

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Sfera.az