Rusiya Federasiyasının İvanovo vilayətində bu gün qəzaya uğrayan “İl-76” təyyarəsinin göyərtəsində Rusiyanın yüksək səviyyəli hərbi aviasiya mütəxəssisləri ola bilərdi.
“AzPolitika” xəbər verir ki, Rusiyanın tanınmış “VÇK- OGPU” teleqram kanalı belə bir məlumatla çıxış edib. Məlum olduğu kimi, təyyarədə 8 ekipaj üzvü ilə birgə 7 sərnişin də olub. Kanalın məlumatlı mənbəyə istinadla verdiyi xəbərə görə, təyyarənin qəzaya uğradığı İvanovo vilayətindəki Severnı hava limanı “A-50” radar təyyarələrinin yerləşdiyi bazalardan biridir. Ona görə də iddia olunur ki, “İl-76”-nın sərnişinləri AWACS kompleksinin zabitləri olublar.
Qeyd edək ki, Rusiya rəsmi orqanları həlak olanların kimliyi barədə hələlik məlumat yaymayıblar.
Follow @7timesaz