“Qəzza zolağında 215 girov qalıb”.
7Times.az “Kommersant”a istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun nümayəndəs Doron Spilman “X” səhifəsində bildirib.
O əlavə edib ki, qalan girovların vəziyyətindən İsrail hökumətinin məlumatı yoxdur. Doron Spilman girovların bəzilərinin öldürülə biləcəyini də söyləyib.
Xatırladaq ki, noyabrın 24-də 4 günlük humanitar atəşkəsin ilk günündə İsrail və HƏMAS əsirləri dəyişdirib. Razılaşmaların şərtlərinə görə, İsrail hər girov üçün üç fələstinli məhbusu qaytaracaq. Noyabrın 25-də 13 israilli girov və 39 fələstinli məhbus azad edilib.
Follow @7timesaz