HƏMAS İsrailin Qəzza zolağını bombardman etməsi nəticəsində bölgədə girov olan 4 israillinin öldüyünü bildirib.
APA “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Obeyda “Telegram” hesabında bildirib.
“Bu gün Qəzza zolağınının bombalanması 4 düşmən əsirinin öldürülməsinə və onları əsir götürən Qəssam Mücahidinin şəhid olmasına səbəb olub”, – o paylaşımında bildirib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS-ın İsrailin cənub bölgəsinə hücumu nəticəsində 700-dən çox şəxs öldürülüb, 140-dan çox israilli HƏMAS silahlıları tərəfindən girov götürülüb. Girov götürülənlər arasında hərbçilərlərlə yanaşı, mülki sakinlər – qadınlar, uşaqlar, yaşlılar var.
Follow @7timesaz