Hərbi

Qəzzada onlarla Belarus vətəndaşı qalıb – Qadınlar və uşaqlar üstünlük təşkil edir

Qəzzada onlarla Belarus vətəndaşı qalıb – Qadınlar və uşaqlar üstünlük təşkil edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ağır bombardmana məruz qalan Qəzzada onlarla Belarus vətəndaşı var. “AzPolitika.info” Belarus KİV-lərinə istinadla xəbər verir ki, bunu Belarusun İsraildəki konsulu Stanislav Ventsel bildirib.

Konsul deyib ki, Qəzzada çətin durumda qalan belaruslular əsasən qadınlar və uşaqlardır. Onların dəqiq sayını müəyyən etmək çətindir. Belə ki, ərazidə elektrik və rabitə demək olar ki, kəsilib. Müraciətlər isə daxil omaqda davam edir.

Hazırda Belarus Rusiya nümayəndəliyi ilə birgə hər iki ölkə vətəndaşlarını Qəzzadan çıxarmağa çalışır.

Konsul deyib ki, onlara müraciət edənlər arasında Qazaxıstan və digər MDB ölkələrinin də vətəndaşları var.