Dünya

Qırğızıstan parlamenti yeni spikerini seçdi

Kanat İsayev bu vəzifəyə yeganə namizəd olub.

Qırğızıstan parlamenti yeni spikerini seçdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan” fraksiyasını lideri Kanat İsayevi yeni spiker seçiblər.

7times.az “TASS”a istinadən xəbər verir ki, İsayev bu vəzifəyə yeganə namizəd olub. Parlamentin əvvəlki spikeri Dastanbek Cumabekov oktyabrın 6-da repsublikada kütləvi etirazlar fonunda istefa vermişdi.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).

Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə Baş nazir Kubatbek Boronov istefa verib.modern.az