Dünya

Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb

Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən 30-dan çox şəxs saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət çevrilişinin qarşısının alınması əməliyyatı çərçivəsində 30-dan çox şəxs saxlanılıb.

Bu barədə məlumatı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti verib.

Ümumilikdə, kəşfiyyat xidmətinin məlumatına görə, qrupa yüzdən çox adam daxil olub.

Saxlanılanlar ölkədə kütləvi etiraz aksiyaları və genişmiqyaslı iğtişaşlar keçirmək, ardınca hakimiyyətin zorakılıqla ələ keçirilməsi üçün bir il ərzində yeraltı hazırlıqlar aparmaqda şübhəli bilinirlər. Hakimiyyət sui-qəsdçilərin xaricdən maliyyələşdiyini də iddia edir.

Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər ki, əsas təşkilatçı “Eldik Keneş” siyasi partiyasının sədri Roza Nurmatovadır. O, 2021-ci ildə ölkənin hazırkı Prezidenti Sadır Japarovun tərəfdarlarının qərargahına rəhbərlik edib.