Qırğızıstanda transmilli cinayətkar qruplaşmanın üzvü olan 5 Azərbaycan vətəndaşı saxlanılıb.
7Times.az mk.ru-ya istinadən xənər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb
Qırğızıstan xüsusi xidmət orqanları saxlanılanların respublika rəhbərliyinə sui-qəsd planlaşdırdığını iddia edib.
Əməliyyat zamanı Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M.S., Məmmədov Z.İ. saxlanılıblar.
Qırğızıstan hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan Əsgərov kriminal aləmdə “Avara” ləqəbi ilə tanınır. O, mütəşəkkil cinayətkarlığa qarşı fəal mübarizə aparan Qırğızıstan rəhbərliyinə sui-qəsd təşkil etmək məqsədilə Bişkekə gəlib.
Qeyd edək ki, həmin şəxslərin saxlanılması üçün əməliyyat martın 22-də keçirilib. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.