İdman

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaq

Qış olimpiadası ilk dəfə Azərbaycanda yayımlanmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda ilk dəfə Qış Olimpiya Oyunları canlı yayımlanmayacaq.
7Times.az  xəbər verir ki, Çinin paytaxtı Pekində keçiriləcək olimpiadanı heç bir telekanal ekranlara gətirməyəcək.
Daha əvvəl Pxençxan-2018 “İdman TV”də, Soçi-2014 və Vankuver-2010 “İctimai TV”də yayımlanıb.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4 – 20 fevralda keçiriləcək. Azərbaycanın fiqurlu konkisürənləri Vladimir Litvintsev və Yekaterina Ryabova olimpiadaya lisenziya qazanıb.