Dünya

Qiyamət bu tarixdə olacaq! – Vikinqlərin kəhanəti üzə çıxdı

Qiyamət bu tarixdə olacaq! – Vikinqlərin kəhanəti üzə çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qiyamət gününün tarixi ilə bağlı daha bir iddia müzakirə obyektinə çevrilib.

7times.az bildirir ki, bu dəfə vikinqlərin kəhanətləri gündəmə gəlib. Belə ki, vikinqlər illər əvvəl qiyamət günü üçün 22 fevral tarixini işarə ediblər, lakin hər hansı ildən söz açmayıblar.

Məlumata görə, dünyanın sonu gələn zaman İngiltərənin Yorkshire bölgəsindəki Ragnarok qəsəbəsi qurtulan tək yer olacaq.  Qiyamət gününün ssenarisi isə belədir:

Günəş və Ay tutulacaq; pislik tanrısı Loki zəncirə bağlı oğlu qurd Fenriri sərbəst buraxacaq; Jormunqand ilanı dənizdən çıxacaq; Yer üzü yarılacaq və Hel katmanının məxluqları dünyaya gələcək; mifoloji tanrılar son savaşını verəcək və yeni bir dünya qurulacaq. Kəhanətdə fevralda yaşanacaq hadisədən sonra yeni bir dönəmin başlanılacağına inanılır.

Xatırladaq ki, bundan əvvəl Maya təqviminə görə, 2012-ci ildə qiyamət gününün olacağı, Yer üzündə təkcə İzmirin Şirincə qəsəbəsinin qalacağı deyilsə də, iddia özünü doğrultmadı.

Sfera.az