Ölkə

“Qız pivə ilə arağı qarışdırdı, sevişdik” – Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdı

“Qız pivə ilə arağı qarışdırdı, sevişdik” – Bakıda zorlamaya görə 3 il həbsdə yatan şəxs günahsız çıxdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda zorlamada ittiham olunaraq həbs olunan şəxsə Bakı Apellyasiya Məhkəməsinin hökmü ilə bəraət verilib.

7Times.az  oxu.az-a istinadla həmin cinayət işi ilə bağlı istintaq və məhkəmə sənədlərinə əsasən hazırlanan yazını təqdim edir:

İlqar (ad şərtidir) qabaqcadan əlbir olan bir qrup şəxs halında kirayə yaşadığı mənzildə qıza qarşı zorlamada təqsirləndirilib.

İstintaq materiallarında bildirilib ki, İlqar yaşadığı mənzildə tanış olduğu qızla yeyib-içdikdən sonra ona təcavüz edib.

İbtidai istintaq zamanı iddia olunub ki, İlqarın qabaqcadan əlbir olduğu dostu və xalası oğlu Vahid də (ad şərtidir) qıza təcavüz edib.

Zərərçəkmiş şəxs (qız) ibtidai istintaqın ilkin mərhələsində göstərib ki, İlqar onunla cinsi əlaqədə olduqdan sonra Vahid otağa daxil olub. Qız bildirib ki, Vahid də onunla cinsi əlaqədə olmaq istəyib, lakin seksual xarakterli hərəkətlər etməklə kifayətlənib.

Lakin həmin qız məhkəmə baxışı zamanı başqa ifadə verib. O, ilkin ifadəsində yalan danışdığını bildirib. Qız qeyd edib ki, İlqarın ona qarşı etdiyi zorakı hərəkətlər nəticəsində psixi sarsıntı keçirib, yorulub əldən düşüb və nəticədə üzü üstə uzanıqlı vəziyyətdə qalıb.

Buna görə də, Vahidin onunla hansı hərəkətlər etdiyini anlaya bilməyib. Bununla belə Vahidin onu zorlamağa cəhd etməsini və seksual xarakterli zorakılıq hərəkətləri etməsini istisna etməyib.

Ancaq istintaq zamanı Vahidin qızı zorlaması sübut edilməyib.

Bakı Apellyasiya Məhkəməsinin Kollegiyası hesab edib ki, aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərini pozaraq, iş üzrə toplanmış sübutları və işdə olan istintaq materiallarını tam, hərtərəfli və obyektiv yoxlayıb sübutların təhlilini aparmayıb.

Üstəgəl, bir-biri ilə müqayisələndirməklə ziddiyyətli halları araşdırmayıb. Bununla da, toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi qiymətləndirilmədən Vahidi məhkum edib.

Qeyd edək ki, Vahid Bakı Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı hökmdən apellyasiya şikayəti verib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 149.2.1 və 150.2.1-ci maddələri ilə təqsirli bilinərək 6 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

İlqara gəlincə, o ifadəsində bildirib: “Mən Vahidlə qızı evdə qoyub, pivə almağa getdim. Gəldikdən sonra Vahid mənə araq içmək istədiyini dedi. Gedib araq da aldım və biz üçlükdə yeyib-içdik. Qız pivə ilə arağı qarışdırdı, başının hərləndiyini dedi. Onu yataq otağına keçirdim. Bir-birimizlə sevişdik. Cinsi əlaqədə olmaq istəyərkən o, mənə bakirə olduğunu dedi və mən əsəbiləşdim. Bunu mənə niyə əvvəllər demədiyini bildirdim. Bizim mübahisəmiz düşdü, amma ona qarşı heç bir kobudluq etmədim. Səs-küyə Vahid gəldi, aranı sakitləşdirdi. Daha sonra qızı aparıb üz-gözünə su vurdu ki, ayılsın. Qız özünə gəldikdən sonra çıxıb getdi”.

Qız apellyasiya icraatı zamanı ifadəsində göstərib ki, o, İlqarı əvvəllər tanıyıb və onunla dost olub. Zərərçəkmiş ifadəsində İlqarın onu zorladığını deyib, Vahidin isə ona nəsə etdiyini xatırlamadığını qeyd edib. Lakin Vahidin onunla cinsi əlaqədə olmadığını dəqiq bildiyini vurğulayıb.

Qızın əvvəllər Vahidə qarşı müxtəlif ifadələr verməsinin səbəbinə gəlincə, o bildirib ki, həmin vəziyyətdə özündə olmayıb.

Vahidin onların otağına daxil olmasından şübhələndiyindən, halsız vəziyyətdə olduğundan və Vahidin onunla cinsi əlaqədə olmasını düşündüyündən ilkin ifadələrində Vahidin də onu zorladığını deyib.

Bakı Apellyasiya Məhkəməsi Vahidə bəraət verib. O, təxminən 3 il həbsdə qaldıqdan sonra məhkəmə iclası zalından azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.