Dünya

Qızılın qiyməti 1820 dolları ötüb

Qızılın qiyməti 1820 dolları ötübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qızılın qiyməti artaraq bir unsiya üçün 1820 ABŞ dollarını ötüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri olaraq 0,68 % və ya 12,25 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 821,85 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,08 % artaraq 1 unsiyası 23,5 ABŞ dolları təşkil edib.

Çin iqtisadiyyatı ilə bağlı gözləntilər fonunda dolların zəifləməsi qiymətli metalın dəyərini dəstəkləyir.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,37 % düşərək 104,16 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.