Dünya

Qızılın qiymətini idarə edən yeganə adam… – FAKTLAR

Qızılın qiymətini idarə edən yeganə adam… – FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Forbes-in son milyarderlər siyahısına əsasən, hazırda dünyanın ən varlı adamı “SpaceX” və “Tesla” texnologiya nəhənglərinin sahibi İlon Maskdır. O, varlı insanların reytinqində Ceff Bezosu da keçib. Lakin bununla belə onu bəşər tarixinin ən varlı insanı saymaq olmaz.

7Times.az Sfera.az-a istinadən bütün dövrlərin və xalqların ən zəngin insanı hesab edilən, tarixdə qızılın qiymətini idarə edən yeganə adam, xeyirxah müsəlman hökmdar Mansa Musa barədə maraqlı faktları təqdim edir:

Musa 14-cü əsrdə Mali İmperiyasına hökmranlıq edib. 1312-ci ildə tacqoyma mərasimində ona “Mansa”, yəni “Ali hökmdar” titulu verilib.

Mansa Musanı tarixə salan əsas hadisə 1324-cü ildə 6 min kilometr yol qət edərək, Məkkəyə Həcc ziyarəti etməsidir. Elə həmin ziyarət zamanı zamanı Mansa Musa kasıblara qızıl paylayır, məhsulları çox baha qiymətə alırdı. Nəticədə növbəti on il ərzində Qahirə, Məkkə, Mədinə kimi bir çox səhərlərdə qızılın devalvasiyası baş verib.

Həcc ziyarətindən geri qayıdan zaman Musa qızılı çox böyük faizlə geri alır. Bu tarixdə yeganə haldır ki, bir insan qızılın qiymətini idarə edirdi.
“Selebriti Net Vors” nəşri Musanın sərvətini indiki dövr şərtləri daxilində hesablayaraq, 400 milyard ABŞ dolları olduğunu aşkarlayıb.

2012-ci ildə dünyanın ən varlı 25 insanı siyahısında Mansa Musa Rodşild və Rokfeller ailələrini geridə qoyaraq, 1-ci olub.

Bütün dövrlərin ən varlı hökmdarı olan Mansa Musa ilə bağlı tragikomik fakt isə onun ölkəsi Malinin bu gün dünyanın ən kasıb ölkələri olmasıdır.
Qeyd edək ki, hazırda dünyanın ən varlı adamı İlon Maskın sərvəti 188,5 milyard dollar qiymətləndirilir. Ceff Bezosu sərvəti isə ondan 1,5 milyard dollar azdır.