Maqazin

“Qızımı belə böyütdüyüm üçün peşmanam“ – Əməkdar artist

“Qızımı belə böyütdüyüm üçün peşmanam“ – Əməkdar artistbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Anam həddən artıq sərt idi, hər şeyi qayda-qanunla edirdi, başqa insan idi. Atam arxayın idi ki, anam məni necə lazımdır tərbiyə edəcək. Atamın da xasiyyəti asan deyildi. Anamı tez itirmişəm. Sağ olsaydı, baxmayacaqdı ailə qurmuşam-qurmamışam, sənətə gəldim-gəlmədim, qanunlar keçərli olmalıydı. Sənətə gələndə ailə qurmuşdum. Atam da dedi ki, qarışmıram, həyat yoldaşın var. Anam sağ olsaydı, gələrdi yoldaşımın yaxasından yapışardı”.

7Times.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli “Özəl” proqramında deyib. Aktrisa mərhum anasından, onun sərt xasiyyətindən bəhs edib. 

S.İsgəndərli aparıcı Kazım Sübhanın “Hazırda yayımlanan “Camdakı kız” serialını xatırlatdı mənə” sözlərinə “İnanın ki, eyni. Bəzi hallarda isə tam eyni idi” cavabını verib.

“Anam məni vururdu da, sərt idi. Onun qayda-qanunundan bir az kənara çıxdınsa… Mənim əlim gəlmədi övladıma əl qaldırım. Onu pambıq içində saxladım, buna da peşmanam. Bir az azadlıq vermək lazımdır. Qızım məktəbə də mənlə gedib gəlirdi. Mağazadan, həyətdən xəbəri olmadı. Buna görə də peşmanam” deyə, aktrisa əlavə edib.

S.İsgəndərli yaşlı aktyorların təqaüdə göndərilməsini tənqid edib:

“Bir yaradıcı insanı məhv etmək istəyirsənsə, onu təqaüdə göndər. Yaşı ötmüş aktyorları təqaüdə göndərmək kimi ideya var. Bu yöndə işlər gedir. Bunun qəti əleyhinəyəm. Bizdə Ağasadıq Gəraybəyli 80-dən çox yaşı var idi, “Sevil” tamaşasında oynayırdı. Aktyorun əqli yerindədirsə, fiziki imkanları varsa, niyə təqaüdə göndərirsiniz? Onu öldürmək istəyirsiniz?  Nə yanaşma, nə təffükrdür? Yaşlı adamdır, deyirlər, çəkil kənara mən gəlirəm. Sən də gəl, yaşlı adamın iş təcrübəsi sənə lazım deyil? Bəhrələn… Teatrda gənc rolu mən oyanamayacam ki… Gənc aktrisa oynayacaq. Hər kəsin öz rolu, öz yeri var”.