“İnsan həyat yoldaşı, ailəsi üçün çabalamamalıdır. Kiməsə görə adımı qorumamışam. Kiminsə yoldaşıdır, qohumudur… İnsan özü seçilməlidir. Xanım özünə hörmət etməli, qanunları, dünyagörüşü olmalıdır”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova “Düzünə qalsa” verilişində deyib. Xanəndə şəxsi həyatından, qadınlardan danışıb:
“İllərlə Nigarın atasına qarşı… İndiki düşüncəmlə onu bağışlamazdım. Qızıma görə, Nigarın gələcəyi üçün onu bağışlamışam. İndi onları etməzdim. Qadının yanında güclü kişi olmalıdır. Qadın incədir, kişi kimi qadın sözünü qəbul etmirəm. Qadının həyatında hökümlü kişi olmalıdır”.
Follow @7timesaz