Hadisə

Qopan qaya parçası Quba-Xınalıq yolunda hərəkəti çətinləşdirdi

Qopan qaya parçası Quba-Xınalıq yolunda hərəkəti çətinləşdirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb. Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb”.

7times.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.

Bildirilir ki, dərhal hadisə yerinə qurumun texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.