Dünya

Qriqoryan: “Sabah Azərbaycan hücuma keçsə, Moskva müdaxilə etməyəcək”

Qriqoryan: “Sabah Azərbaycan hücuma keçsə, Moskva müdaxilə etməyəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Berlində 2 günlük Mirzoyan-Bayramov danışıqlarından müsbət nəticə gözləmirəm, xüsusən də Ermənistan nümayəndə heyətinin qeyri-peşəkarlığını nəzərə alsaq, bu heç ağlabatan deyil”.

7Times.az  xəbər verir ki, bu sözləri Milli Assambleyanın “Ermənistan” fraksiyasının deputatı Anna Qriqoryan bildirib .

“Xüsusi diqqətə çatdırmaq istəyirəm ki, Berlində Ermənistan-Azərbaycan danışıqlarında Türkiyə üzrə məsul olan Ruben Rubinyan da iştirak edib. Sual yaranır ki, onun orada nə işi var idi? Axı Türkiyənin siyasəti çox aydındır: Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması o halda mümkündür ki, Azərbaycanın bütün tələbləri yerinə yetirilsin”.

Deputatın fikrincə, bu, onu göstərir ki, Türkiyə Ermənistan-Azərbaycan danışıqları kontekstində Ermənistana təzyiqlərini davam etdirir və təkid edir ki, Azərbaycanın bütün tələblərini yerinə yetirin, onda sonra sizinlə danışıqlar masası arxasında oturacağıq.

Azərbaycana qarşı işlərdə Ermənistanın beynəlxalq məhkəmələrdə təmsilçisi olan Yeqişe Kirakosyan da Berlində olub. Azərbaycanın Ermənistanı beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddiaları geri götürməyə məcbur etməsi, Milli Assambleyanın sədri Alen Simonyanın da məhz bunu edəcəklərini istisna etmədiyini nəzərə alsaq, aydın olur ki, onların danışıqları erməni maraqlarına ziddir. Bütün danışıqlar prosesi yalnız güzəştlərdən gedir. Onlar daim Ermənistana güzəştə gedirlər və bir gün deyəcəklər ki, ordunuzun modelini dəyişin. Axı ordu sizə nəyə lazımdır?”, – deyə Qriqoryan bildirib.

“Azərbaycan təhlükəni neytrallaşdırmayıb. Ermənistan lideri isə eyni zamanda bildirir ki, Ermənistan yeganə mövcud təhlükəsizlik strukturunda üzvlüyünü dondurub. Bu, anormallıqdır. Həmin açıqlama Rusiyaya imkan verir ki, sabah Azərbaycan hücuma keçsə, Moskva müdaxilə etməsin. Ümumiyyətlə, Paşinyan alternativ təhlükəsizlik mexanizmi olmadan Ermənistanı geosiyasi maraqların toqquşması teatrına çevirib. Türkiyə ilə sərhəddə Rusiya bazası var, orada Aİ müşahidəçilərini yerləşdirməkdən danışırlar, bəs o müşahidəçinin orda nə işi var?

Ümumiyyətlə, kim deyir ki, ermənistan suveren ölkədir?

KONKRET.az