Armen Qriqoryan yenidən Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.
7Times.az xəbər verir ki, ölkənin Baş naziri Nikol Paşinyan bu barədə sərəncam imzalayıb.
Paşinyanın sərəncamı ilə Armen Qriqoryan ölkənin xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib və yenidən Təhlükəsizlik Şurasının katibi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Armen Qriqoryan iyulun 14-ü xarici işlər nazirinin birinci müavini təyin edilməzdən əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edirdi.
Qafqazinfo
Follow @7timesaz