Hadisə

Qubada dağlıq ərazidə yanğın olub

Qubada dağlıq ərazidə yanğın olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 5 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

7times.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.