Qubada hamilə qadın sanitar qovşaqda doğuş edib körpəni öldürməyə cəhd edib.
“7Times.az” xəbər verir ki,hadisə Quba rayonu ərazisində baş verib.
Doğum sancıları ilə Quba MRX –na gətirilən Xaçmaz rayon sakini Konux Turanə Mustafa qızı xəstəxanın sanitar qovşağına gedərək orada doğuş edib.Daha sonra o yeni doğulan körpəsini sanitar qovşaqda öldürməyə cəhd edib.
Tibb personalının müdaxiləsindən sonra ana və yeni doğulan körpə dərhal Quba Regional Perinatal Mərkəzinə yerləşdirilib.Əldə etdiyimiz məlumata görə yeni doğulan körpənin cinsiyyəti oğlandır.
Hazırda ana və körpənin vəziyyətinin stabil olduğu bildirilir.
Qeyd edək ki,bu Konux Turanə Mustafa qızının ikinci övladıdır.