Quba

Qubada həkimlər xəstə yiyəsinə 5 min manat pulu niyə veriblər?

Qubada həkimlər xəstə yiyəsinə 5 min manat pulu niyə veriblər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan əvvəl Quba Regional Periantal Mərkəzində baş tutan doğuş əməliyyatı zamanı maraqlı bir olay yaşanıb.Beləki,xəstə yiyəsi doğuşu həyata keçirən həkimlərə 300 manat pul verən zaman bu prosesi mobil telefonu ilə lentə alıb.Vətəndaş daha sonra həmin həkimləri görüntüləri Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcəyi ilə hədələməyə başlayıb.Uzun sürən danışıqlardan sonra həkimlərlə həmin şəxs arasında razılıq əldə edilib.

7Times.az-a etibarlı mənbənin verdiyi məlumata görə Quba Regional Periantal Mərkəzinin həkimləri həmin video görüntüləri silmək qarşılıqında vətəndaşa 5000 manat vəsait veriblər.Bu pulu alan vətəndaş görüntüləri öz mobil telefonundan silib və tərəflər arasında anlaşma baş tutub.Həmin vətəndaşın Quba rayonunun Gedikqışlaq kənd sakini olduğu bildirilir.