Hadisə

Qubada koronavirus xəstələrinə cinayət işi açıldı

Qubada koronavirus xəstələrinə cinayət işi açıldıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 2 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.

Bu barədə 7times.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Rayonun Çartəpə kənd sakini Ü.Rüstəmov və Alekseyevka kənd sakini T.Əmirov koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub.

Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVİD-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkar olunub.

Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub.

Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə Cinayət işi açılıb.

İstintaq tədbirləri davam etdirilir.

Həmin şəxslər polisin nəzarətinə götürülüb.