Hadisə

Qubada qadına hədə-qorxu gələn şəxs tutuldu

Qubada qadına hədə-qorxu gələn şəxs tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7times.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E.Niftəliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb. APA