Hadisə

Qubada restoranın icarədarı 4000 manat cərimələndi

Qubada restoranın icarədarı 4000 manat cərimələndibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada restoran icarədarı 4000 manat cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7times.a-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb və icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı, restoranın icarədarı olan rayon sakini Elşad Abdullayevin obyektə vaksinsiz müştəri buraxdığı müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.