Ölkə

Qubada Ulu öndər Heydər Əliyev ehtiramla yad edilib – FOTOLAR

Qubada  Ulu öndər Heydər Əliyev ehtiramla yad edilib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
12 dekabr 2023-cü il tarixdə böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar Ulu Öndərin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi səhər saatlarında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və digər bir qrup rayon ictimaiyyətinin nümayəndəsi tərəfindən ziyarət edilmiş, sonra isə Quba rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” mövzusunda tədbir təşkil olunub.
“7Times.az” xəbər verir ki,tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi Elcan Süleymanov, şəhid anası Qalina Şirinbəyova, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Sevinc Səlimova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Rəşad Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə geniş nəzər salmış, daha sonra tədbirdə “Azərbaycanın memarı” filmi nümayiş etdirilib.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti gün ərzində davam etmiş, ziyarətdə rayonun idarə müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Günel
7Times.az