Hadisə

Qubanın həmin kəndində yenə yanğın oldu – FOTO

50 kiloqramadək quru ot bağlaması yanıb.

Qubanın həmin kəndində yenə yanğın oldu – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubanın Dəlləkli kəndində daha bir yanğın hadisəsi baş verib. 

7times.az xəbər verir ki, yanğın rayonun Dəlləkli kəndində bir neçə gün əvvəl təkrarlanan yanğınlar səngisə də, bu gün də daha bir yanğın hadisəsi baş verib. Belə ki, kənd sakini Dəmirxan Xalidova məxsus mal tövləsi və tövlənin damına yığılmış quru ota od düşüb.

Quba Yanğından Mühafizə Xidmətinin 2 ədəd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın yerli sakinlər və yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində 50 kiloqramadək quru ot bağlaması yanıb. Heyvanlara ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 19-da və 20-də kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın törədilməsinə görə 3 yeniyetmə (azyaşlı olduqlarına görə adları açıqlanmır) saxlanılmışdı. qafqazinfo