İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə XİN-ə çağırılıb.
7Times.az “Haber Global”a istinadən xəbər verir ki, buna səbəb sabah Türkiyənin Stokholmdaki səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazənin verilməsidir.
Səfirə Türkiyənin bu qərarı qəti şəkildə pislədiyi deyilərək İsveçin belə münasibət sərgiləməsinin qəbuledilməz olduğu bildirilib.
Follow @7timesaz