Ölkə

Qurban bayramının namazı bu saatlarda qılınacaq

Qurban bayramının namazı bu saatlarda qılınacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qurban bayramında qılınacaq bayram namazının vaxtı məlum olub. 

Bu barədə 7Times.az -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli bildirib.

Onun sözlərinə görə, bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq.

S.Məmmədli qeyd edib ki, məscid imamları namaza gələn camaata uyğun olaraq vaxt təyin edə bilərlər.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd ediləcək.