“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Kadi Borgesdən sonra daha bir aparıcı legionerin satılmasına razılıq verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis Kvabena Ovusunun qarşıdakı günlərdə “Ferentsvaroş”a (Macarıstan) keçidinə izn verib.
Qanalı hücumçu bir neçə gün əvvəl klub rəhbərliyinə müraciət edib. O, cari bu qış fasiləsində komandadan ayrılmasına icazə istəyib.
Ağdam təmsilçisinin 2020-ci ildə İspaniya “Leqanes”indən transfer etdiyi afrikalı gələcəyi ilə bağlı yekun qərarı verdiyini bildirib.
26 yaşlı forvard artıq Azərbaycanda qalmağı düşünmədiyini, karyerasını Macarıstanda sürdürməyə hazırlaşdığını söyləyib.(sportinfo.az)
Follow @7timesaz