İdman

Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Marsel” ilə oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bildirib:

Sfera.az xəbər verir ki, 50 yaşlı mütəxəssis bunları söyləyib:
“Bu oyun bizim üçün böyük təcrübə olacaq. “Marsel”in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komamdama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq.

Qurbanov rəqibi ilk matçda daha yaxşı tanıyacaqlarını vurğulayıb:
“Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik”.