Redaksiyanın seçimi

Qurban Yetirmişli: “2019-cu ildən sonra tikilən binalar üçün Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmur”

Qurban Yetirmişli: “2019-cu ildən sonra tikilən binalar üçün Seysmoloji Xidmət Mərkəzinə müraciət olunmur”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilə qədər aparılan inşaat işlərində Respublika Seysmoloji Xidmət Mərkəzinə müraciət olunurdu. İndi belə müraciətlər almırıq”.

7Times.az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O qeyd edib ki, müraciətlər olanda mərkəz əməkdaşları tikiləcək binaların yerinin seysmoloji balını müəyyən edib, rəy verirdilər:

“Təəssüf ki, 2019-cu ildən bəri bizə müraciət olmur. Dəfələrlə demişəm. Buna reaksiya verən yoxdur”.