İdman

Qurbanov qrupun ən təhlükəli komandasını AÇIQLADI

Qurbanov qrupun ən təhlükəli komandasını AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nant”ın matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil”.

7Times.az  xəbər verir ki, bu sözləri ağdamlıların baş məşqçisi Qurban Qurbanov Almaniyada 1:2 hesabı ilə uduzduqları görüşdən sonra Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib:

“İlk turdan göründü ki, bütün komandalar iddialıdı. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. “Nant”a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdı”.

Qeyd edək ki, “Qarabağ” – “Nant” matçı sentyabrın 15-də keçiriləcək.