Rihanna alt paltarı brendi olan “Savage X Fenty”-nin baş direktoru vəzifəsini tərk edib.
OLAY yazır ki, ulduz beş il əvvəl qurduğu şirkəti əvvəllər Amerikanın moda, gözəllik və ev brendi “Anthropologie Group”-dan olan Hillari Superə təhvil verib.
Hillari iyunun 26-da vəzifəsinin icrasına başlayacaq.
Təxminən 1,4 milyard dollar sərvəti olan Rihanna icraçı direktor vəzifəsini icra edəcək və eyni zamanda “Fenty Beauty” şirkətinin baş direktoru olaraq qalacaq.
Follow @7timesaz