Qusar

Qusar rayonunda avtomobil 7 yaşlı piyadanı vuraraq öldürüb

Qusar rayonunda avtomobil 7 yaşlı piyadanı vuraraq öldürübbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 7Times.az-a verilən məlumata görə, iyunun 6-ı saat 18:30 radələrində Qusar rayonu ərazisində rayon sakini Şənlik Qaziyev idarə etdiyi “ISUZU” markalı avtomobil ilə yolu keçən piyada 2017-ci il təvəllüdlü rayon sakini S.Lətifovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.