Hadisə

Qusar sakinində narkotik aşkarlandı – FOTO

Qusar sakinində narkotik aşkarlandı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayon sakinindən narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan 7times.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən Fateh Qədimov şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan kibrit qutularında və sellofan torbalarda ümumi çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı F.Qədimov narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Qusar sakinində narkotik aşkarlandı- FOTO

Qusar sakinində narkotik aşkarlandı- FOTO