Ölkə

Qusarda baş verən yangının sirri rayonun seiyasında gizlənib – ELMİ-LƏDUN

Qusarda baş verən yangının sirri rayonun seiyasında gizlənib – ELMİ-LƏDUNbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Bildiyiniz kimi, bu gün Qusarın Əniq kəndində yerləşən “Park-Qusar” istirahət mərkəzində yanğın baş verdi. Nəticədə dörd nəfər dünyasını dəyişdi, altı insan isə, ağır yanıq xəsarətləri aldı (dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik). Kimlərsə buna təsadüfi bir yanğın hadisəsi kimi baxa bilər. Amma, həyatda təsadüf omadığını dərk edən ağıl sahibləri burada bir qanunauyğunluq olduğunu dərk edirlər və onu axtarırlar. Biz bu yazıda ağıl sahiblərinin axtardığı qanunauyğuluğu aşkar edib, nəzərinizə çaatdıracağıq. Bunun üçün bir neçə Elmi-lədun hesablamaya nəzər slmağınızı istərdik:
1) Xatırladaq ki, dekabrın 15-də Bakı-quba yolunda yeddi nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verdi. Maraqlıdır ki, Qusardakı yanğın bu qəzanın 38-ci günü baş verib ki, bu da rayonun seriyasını (38) göstərir.
2) Daha bir yanğın Cəlilabad bazarında (21.08.22) baş vermişdi. Bu gün həmin yanğının 152-ci günüdür ki, bundan da Quran rəmzini (114) çıxsaq, yenə də Qusarın seriyası görünür və hər iki analoji hadisənin Allah tərəfindən törədildiyini, yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə xəbərdarlıq mesajı olduğunu sübut edir:
152 – 114 = 38 (!)
3) Əvvəlki yazılarımızda astronomik hadisələrdən bəhs edərkən, onların da xəbərdarlıq (siqnal) olduğunu qeyd etmişdik. Yəni, Yerə bəla enməzdən öncə Günəş, yaxud Ay tutulması baş verir. İnsanlar bu xəbərdarlıq siqnallarından nəticə çıxarıb, mövqelərinə dəyişiklik edərlərsə (yəni, tövbə edib doğru yola dönərlərsə), gələn bəla onları tutmaz. Yox, əgər, xəbərdarlıq siqnalına məhəl qoymazlarsa (qatarın fitinə məhəl qoymayan yolçu kimi), mütləq bəlaya tuş gələrlər.
Hesabllamalarımız göstərir ki, bu gün Qusarda baş verən yanğın Günəş tutulması ilə verilən (10.06.21) siqnala məhəl qoymamağın nəticəsidir. Belə ki, bu gün həmin astronomik hadisənin 593-cü günüdür ki, bundan da Quranda tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də Qusarın rəmzi olan 38 ədədi görünür və söylədiyimiz fikri təsdiq edir:
593 – 555 = 38 (!)
4) Sözü gedən istirahət mərkəzindəki yanğın riyazi yolla Diqlas TM-dəki (26.03.19) yanğına da bağlanır. Bu iki analoji hadisə arasında 1396 gün fərq vardır ki, bundan da tövbə və cəza rəmzini çıxanda Kəbədəki orjinal Quranın səhifələrinin sayı (kodlaşdırılmış möhür) olan 286 ədədi alınır:
1396 – 555 – 555 = 286
5) Azərbaycanda baş verən digər fəakətlər kimi, bugünkü yanğın hadisəsi də Qurana andiçmə mərasiminə bağlanır. Bu gün üçüncü andiçmənin 3.378-ci günüdür ki, bundan da yuxarıdakı Quran rəmzlərini çıxdıqda, yenə də yanğın baş verən rayonun seriyasını göstərir:
3378 – (286+286+286) – (286+286+286+286) – (555+555) – (114+114) = 38 (!)
Və s
Nəticə: Oxucunun yorulmaq problemi olmasaydı siyahını xeyli uzatmaq olardı. Bütün bu və digər (yazmadığım) hesablamalarımız göstərir ki, ölkəmizdə haqsızlığın, zülmün, pozğunluğun… pik həddə çatması Allah-Təalanın qəzəbinə səbəb olub. Ona görə də zaman-zaman bəlalar (xəbərdarlıqlar) göndərir ki, bəlkə xalqımız ibrət alıb, doğru yola dönə, rəhbərlərimiz də içdiyi anda əməl edib, zülmə, haqsızlığa son qoyalar; ölkədə haqqı, ədaləti bərqərar edələr. Belə etməsələr bu kimi fəlakətlər daha da intensivləşəcək və əhatə dairəsi böyüyəcək (daha çox ərazini və insanı əhatə edəcək). Hesablamalarımız göstərir ki, irəliləyən günlərdə hadisələr sürətlənəcəkdir…
Bütün bunlardan sığortalanmaq üçün doğru yolda olmağımız, gönahlarımıza tövbə deməyimiz (STOP verməyimiz), biri-birimizin haqqını tapdalamamağımız, verdiyimiz sözə və içdiyimiz anda əməl etməyimiz vacibdir. Belə etsək yanğınlar və qəzalar dayanar.
Bu hadisə ilə Yaradan diqqətimizi Öz kitabının 38-ci surəsinin birinci və sonuncu ayələrinə yönəldir (həm də bizim verdiyimiz xəbərin doğruluğunu təsdiq edir):
“Sad! Öyüd-nəsihətlə dolu Qurana and olsun!
Siz onun verdiyi xəbərin doğruluğunu bir müddətdən sonra mütləq biləcəksiniz!” 38-ci surə, 1-ci və 88-ci ayələr.
Xəbərdarlığı çatdırdı: Paşa Yaqub – Həkim, elmi-ldun bilicisi