Hadisə

Qusarda kolluqdan görün nələr tapıldı – FOTO

Qusarda kolluqdan görün nələr tapıldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonu ərazisindən kolluq sahədən xeyli sayda sursat aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 7times.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə   rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən  1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər.

Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

Qusarda kolluqdan görün nələr tapıldı - Foto