Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə yeni növ koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.
7times.az bildirir ki, bu barədə siyasətçi tvitter səhifəsində yazıb.
“Mən “COVID-19”a qarşı peyvəndin ilk dozasını aldığım üçün xoşbəxt və minnətdaram. Biz vaksinin hamıya əlçatan olması üçün işə başlamalıyıq. Pandemiyada hər kəs təhlükəsizlikdə olmayana qədər heç kim arxayın ola bilməz”, – Quterreş sosial şəbəkədə yazıb.
O, hansı vaksinlə peyvənd olunduğunu dəqiqləşdirməyib.
qafqazinfo
Follow @7timesaz