İdman

Qvardiola “Qarabağ”ın rəqibini dəyərləndirdi

Qvardiola “Qarabağ”ın rəqibini dəyərləndirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Bayer”in baş məşqçisi Xabi Alonsonun Leverkuzen klubundakı işini qiymətləndirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında Qvardiolanın dediklərinə yer verib.

“Xabi Alonso fantastik iş görür. “Bayer” Bundesliqada “Bayern”lə qarşılaşmalarda məğlub olmayan yeganə komandadır. İndi mövsümün ən vacib hissəsidir. Onlar sayıqlığı əldən versələr, çempionluğu qazana bilməzlər, itirə bilərlər. Çünki hamı hər şeyin artıq həll edildiyini düşünür”.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildən “Bayer Leverkuzen”ə rəhbərlik edir. “Bayer” bu mövsüm ispan mütəxəssisin rəhbərliyi altında Almaniya Bundesliqasında keçirilən 23 turdan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir. “Bayern Münhen” ikinci yerdədir.

Qeyd edək ki, “Bayer Leverkuzen” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”a rəqib olacaq. Oyunlar martın 7-də və 15-də baş tutacaq.