“Barselona”nın prezidenti Joan Laporta Xosep Qvardiola ilə danışıqlar aparması ilə bağlı maraqlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, klub funksioneri bu barədə RAC1-ə danışıb:
“Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi var. Pep ona hörmət edilməsini istəyir. Özü ilə danışdım və planlarını yaxşı bilirəm”.
Qeyd edək ki, Qvardiola “Barselona”nın yetirməsidir. O, 1990-2001-ci illərdə futbolçu kimi əsas komandada çıxış edib. Sözügedən mütəxəssis 2008-2012-ci illər aralığında Kataloniya təmsilçisini çalışdırıb və “Barselona”nın baş məşqçisi qismində iki dəfə Çempionlar Liqasının qalibi olub.
Follow @7timesaz