Qvatemala prezidenti Alexandro Cammatteyi koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə Republica qəzeti dövlət başçısının özünün açıqlamasına istinadən xəbər verib.
Məlumata əsasən, ölkə prezidenti deyib ki, Qvatemala hökuməti üzvləri koronavirus infeksiyası ilə bağlı test verəcək:
“Bundan sonra onların mövcud rejimdə işləməyə davam edəcəklərinə və ya vəzifələrini məsafədən yerinə yetirməli olduqlarına qərar verəcəyik”.
Follow @7timesaz