İdman

Ramos İspaniya millisinə qayıda bilər

Ramos İspaniya millisinə qayıda bilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PSJ-nin futbolçusu Serxio Ramos İspaniya millisinə qayıda bilər. 

Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, millinin baş məşqçisi Luis de la Fuente millinin ən təcrübəli futbolçuları ilə kapitanlıq üçün keçirəcəyi görüşlər çərçivəsində PSJ-nin müdafiəçisi ilə danışacaq.

İspaniya yığmasının heyətində ən çox oyun keçirən (180) Ramos mart ayında Norveç və Şotlandiya ilə keçiriləcək Avro-2024-ün seçmə mərhələsinə çağırıla bilər. Lakin bu, onun qarşıdakı həftələrdə necə çıxış etməsindən asılı olacaq.

Serxio İspaniyanın qarşıdakı oyunlar üçün heyətinə daxil olmasa, kapitanlığa Xordi Alba (91 oyun), Koke (70), Alvaro Morata (61) və Sezar Aspilikueta (44) namizəd olacaq.

Ramosun İspaniya ilə son oyunu təxminən iki il əvvəl olub. 2021-ci ilin martında o, DÇ-2022-nin seçmə mərhələsində Kosovo ilə matçda (3:1) iştirak edib. 36 yaşlı müdafiəçi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirak ərizəsinə daxil edilməyib.

Ramos bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.