İdman

“Real” – “Bayern” matçının ən yaxşısı bilindi

“Real” – “Bayern” matçının ən yaxşısı bilindibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutan “Real Madrid” – “Bayern Münhen” matçının (2:1) ən yaxşı oyunçusu müəyyənləşib. 

7Times.az  xəbər verir ki, İspaniya nəhənginin hücumçusu Vinisius Junior UEFA tərəfindən matçın ən yaxşısı seçilib.

Braziliyalı bu qarşılaşmada 3-ü hədəfə düşməklə, qapıya 5 zərbə endirib. O, həmçinin topa 58 toxunuş və 20 dəqiq ötürmə edib.

Xatırladaq ki, Vinisius Çempionlar Liqasında bu mövsüm 9 matçda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.

Fanat.Az