İdman

“Real”dan gənc ulduza 1 milyard avro!

“Real”dan gənc ulduza 1 milyard avro!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Real Madrid” klubu futbolçusu Eduardo Kamavinqa ilə müqavilənin müddətini uzatmağı planlaşdırır. 

Offsideplus.az “The Athletic”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” klubunun fransalı yarımmüdafiəçi ilə maraqlanmağa başlaması “Kral klubu”nu hərəkətə keçirib. İspaniya nəhəngi 20 yaşlı ulduzuna 1 milyard avro məbləğində qiymət qoyub, potensial rəqiblərini “qorxutmağa” çalışır.

Qeyd edək ki, Kamavinqanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.