“Real Madrid” rəhbərliyi PSJ-nin futbolçusu Kilian Mbappe qarşısında şərt qoyub.
Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, şərtə görə, Mbappe “Real Madrid”ə transfer olmaq istəyirsə bunu açıq şəkildə ictimaiyyətə açıqlamalıdır. Futbolçu rəsmi şəkildə ictimaiyyətə PSJ klubundan ayrılmaq və “Real Madrid” klubuna transfer olmaq istədiyini bildirməlidir. Əks təqdirdə klubun qapıları onun üçün bağlı olacaq.
Qeyd edək ki, Mbappenin “Real Madrid”ə transfer olmaq istədiyi barədə xəbərlər dərc edilib. “Marca” qəzetinin məlumatına görə, PSJ ilə müqavilə yeniləyəndən sonra Mbappenin ətrafı “Real Madrid” rəhbərliyinə zəng edərək, klubun futbolçunun transferində hələ də maraqlı olub-olmadığını soruşub. Bildirilir ki, Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılmaq üçün hər şey etməyə hazır olduğunu ifadə edib. Lakin onun PSJ ilə 2025-ci ilə qədər müqaviləsi var və PSJ onun bu mövsümün transfer olmasını istəmir.
Follow @7timesaz