İdman

“Real” Eden Hazarla yolları ayırdı

“Real” Eden Hazarla yolları ayırdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın “Real Madrid” klubu daha bir futbolçusu ilə vidalaşıb.

 

7Times.az  klubun saytına istinadən xəbər verir ki, Eden Hazarla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Belçikalı oyunçunun “Real Madrid” ilə müqaviləsi 2024-cü ilin iyununa qədər qüvvədə idi. Hazard klubun müqaviləni ləğv etmək təşəbbüsünü dəstəkləyib.

 

“The Athletic”in məlumatına görə, 32 yaşlı futbolçu karyerasını başa vurmağı düşünür.

 

Hazard, Madrid təmsilçisi ilə 4 mövsümdə heç vaxt “El Klassiko”a iştirak etmədən 7 qol vurub. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 10 oyun keçirib, 2 qol ötürməsi verib. Futbolçu Madrid təmsilçisində oynadığı müddətdə tez-tez zədələnib.

 

Qeyd edək ki, “Real Madrid” dünən Marko Asensio və Mariano Diasla da yollarını ayırdığını açıqlayıb.