İdman

“Real” İkardidən əl çəkmir – Bu qədər maaş təklif etdi

“Real” İkardidən əl çəkmir – Bu qədər maaş təklif etdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid” klubu “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə maraqlanmağa davam edir.

Fanat.Az xəbər verir ki, argentinalının “Kral klubu”na mümkün transferi ilə bağlı xəbər noyabrda yayılsa da, təkzib olunmuşdu.

“Radio MARCA”-nın məlumata görə, Madrid nəhəngi İkardinin keçidini gözardı etməyib. Əksinə, 30 yaşlı forvardla anlaşmanın yanvarda baş tutma ehtimalı yüksəkdir. “Real” onun əsasən Xoselu ilə rəqabət apara biləcəyinə inanır.

Transfer baş tutsa, “İnter”in və PSJ-nin keçmiş oyunçusu olan İkardinin Madriddəki təxmini maaşı illik 8 milyon avro və bonuslar təşkil edəcək.

Mauro İkardi bu mövsüm “Qalatasaray”ın heyətində 25 matçda 17 qol vurub və 6 məhsuldar ötürmə edib.