İdman

“Real”ın əfsanəsi “Olimpiakos”un baş məşqçisi oldu – İDDİA

“Real”ın əfsanəsi “Olimpiakos”un baş məşqçisi oldu – İDDİAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən biri “Olimpiakos”un yeni baş məşqçisinin adı açıqlanıb.

Fanat.Az yunanıstanlı jurnalist Nikos Kotsisə istinadən xəbər verir ki, bu, “Xetafe” klubunun sabiq çalışdırıcısı Mitçel Qonzalesdir.

59 yaşlı baş məşqçi 2013-2015-ci illərdə “Olimpiakos”u çalışdırıb. İspaniyalı mütəxəssis “Sevilya” və “Olimpik Marsel” klublarının da başında olub.

Qozales 1982-1996-cı illərdə “Real Madrid” klubunun şərəfini qoruyub. Keçirdiyi 559 rəsmi oyunda 130 qolla yadda qalıb.