İdman

“Real”ın kimi transfer edəcəyi açıqlandı

“Real”ın kimi transfer edəcəyi açıqlandıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in transfer edəcəyi futbolçulardan birinin adı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.

Xəbərə görə, “Kral klubu” cari mövsümün sonunda “Şaxtyor”un müdafiəçisi Vinisius Tobiası heyətinə qatacaq. Mənbə hazırda icarə əsasında “Real”ın ikinci komandası “Kastilya”da çıxış edən 19 yaşlı braziliyalının 15 milyon avroya alınacağını vurğulayıb. İspaniya nəhənginin Ukrayna təmsilçisi ilə keçidin bütün detalları razılaşdırdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, “Kastilya” İspaniyanın 3-cü liqasında çıxış edir. Cari mövsüm 13 matça çıxan Tobias 3 məhsuldar ötürmə ilə yadda qalıb.